Qaradağda şəhidlərin anım mərasimi keçirilib - FOTOLAR

28 Sentyabr 2021 16:24 (UTC+04:00)

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və 12 saylı Qaradağ rayon seçki dairəsindən seçilmiş Milli Məclisin üzvü Səbinə Xasayeva 44 günlük Vətən müharibəsinin ilk günlərində - 28.09.2020 ci il tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədquliyev Ağabəy Zaur oğlunun Korgöz qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət edib, məzarı üzərinə çələng və gül dəstələri qoyub, şəhidin ailəsinə baş çəkib və onun il mərasimində iştirak ediblər.

Həmin gün rayonun rəhbərliyi böyük heyətlə Lökbatan qəsəbəsinin xeyir-şər evində şəhid Əliyev Rövşən İbrahim oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş mərasimə qatılıb, şəhidin ailəsinə baş çəkib və onun xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimlər zamanı xatirə şəkili çəkilib.