YAP Suraxanı rayon təşkilatı şəhid məzarlarını ziyarət edib FOTOLAR

28 Sentyabr 2021 15:32 (UTC+04:00)

27 sentyabr - Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri tərəfindən partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri ilə birgə rayon sakini olmuş şəhidlərin məzarları ziyarət edilib, önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilərək, dualar oxunub.

Suraxanı rayonu Zığ qəsəbəsi Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında şəhidlərimiz anılıb. Tədbir Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətinin canlı olaraq dinlənilməsi, Dövlət Himninin səsləndirilməsi və Vətən Müharibəsi şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

27 sentyabr - Anım Günü ilə əlaqədar keçirilən mərasimdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev və digər rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər və rayon sakinləri iştirak ediblər. Suraxanı rayonu Zığ qəsəbəsi Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında baş tutmuş mərasimin sonunda Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

ZÜMRÜD BAYRAMOVA