Sabirabadda Anım Günü qeyd edildi - FOTOLAR

28 Sentyabr 2021 15:21 (UTC+04:00)

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları – 27 sentyabr Anım Günü ilə əlaqədar rayon mərkəzindəki Şəhidlər xiyabanını ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, ziyarətçilər I və II Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarlarının önünə gül dəstələri düzüblər.

Bildiriblər ki, qəhrəmanlıqla canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi həmişə əziz tutulacaq və onlar xalqın qəlbində əbədi yaşayacaqlar.