COVID-19-a yoluxanların sayı 259 779 nəfərə çatıb - ERMƏNİSTANDA

28 Sentyabr 2021 11:19 (UTC+04:00)

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 772 yeni yoluxma qeydə alınıb. SİA "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların ümumi sayı 259 779 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 13 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5277 nəfərə çatıb.