Qəbələdə 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib "Əsgərə xatirə" layihəsi+Fotolar

28 Sentyabr 2021 10:51 (UTC+04:00)

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan danışıb. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, “Əsgərə xatirə” layihəsinin dəstəyi və Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə şəhid və qazi ailələrimizə göstərilən dəstək haqqında iştirakçılara məlumatlar verilib. Tədbirdə iştirak edən layihə rəhbərinə, fəxri sahibkar üzvləri Əliş Hüseynov, Müşfiq Hüseynova minnətdarlıq bildirərək Vətənpərvərlik istiqamətində görülən bütün işlərdə komandaya uğurlar arzu edib.

Tədbirdə “Əsgərə xatirə” layihəsinə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən ezam olunmuş, Qarabağ ordeni ilə təltif edilmiş mayor İdris Qənbərov Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsində hərbiçilərimizin göstərdiyi igidliklərindən danışaraq qeyd edib ki, onlar torpaqlarımızın işğaldan azad olunması, şəhidlərimizin qanının yerdə qalmaması üçün qəhrəmancasına döyüşərək düşmənə ağır və sıarsıdıcı məğlubiyyətlər yaşadıblar.

Tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqımızın, ordumuzun birliyi nəticəsində 30 il işğal altında olan torpaqlarımızı azad etdiyi diqqətə çatdırdı.

Eyni zamanda, tədbirdə şəhid Xeyribəy Səfərçinovun atası Cəlil Səfərçinov da çıxış edərək, şəhid valideynlərinə göstərilən qayğıdan razılığını bildirdi. Zəfər tarixinin yazılmasında payı olan hər bir şəxsə minnətdarlığını ifadə etdi. Şəhid analarının daima qayğıya ehtiyacı olduğunu diqqətə çatdırmaq üçün yazmış olduğu şeiri tədbir iştirakçıları ilə bölüşdü. Tədbirin sonunda şəhid ailələrinə sovqatlar paylanıldı.