“Hakimlərimiz məhkəmə sisteminə zərbə vururlar”

28 Sentyabr 2021 08:08 (UTC+04:00)

Ermənistanın insan hüquqları üzrə müvəkkili Arman Tatoyan İsveçin Milli Məhkəmələr İdarəsinin nümayəndə heyətini qəbul edib.

Görüşün gedişatında Ermənistanda məhkəmələrin İsveçin məhkəmə sistemi ilə reallaşdırılacaq imkanlarının inkişafına yönəldilmiş proqramın detalları müzakirə edilib.

Tatoyan Ermənistanın məhkəmə sistemindəki problemlərə toxunub. O, vurğulayıb ki, Ermənistanda ayrı-ayrı hakimlər öz davranışları ilə məhkəmə sisteminə zərbə vururlar. Buna baxmayaraq, problemlərin həllinə qanundan kənara çıxmayan və müstəqil hakimləri həvəsləndirərək hüquqi yolla nail olmaq lazımdır.