Avstriyada məcburi peyvənd əleyhinə imzalar toplanıb

28 Sentyabr 2021 04:48 (UTC+04:00)

Avstriyada xalqın təşəbbüsü ilə məcburi peyvəndin tətbiqinə qarşı əhali arasında 269 min imza toplanılıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsələyə respublikanın Milli Şurasında (parlamentin aşağı palatası) baxılmalıdır.

İmza toplanması ilə bağlı son məlumatlar Federal Seçki Komissiyası tərəfindən oktyabr ayında təsdiqlənməli olduğu bildirilib.

Qeyd edək ki, hazırda Avstriyada məcburi peyvənd yoxdur. Ölkədə yalnız koronavirus infeksiyasına qarşı peyvəndlər üçün tövsiyələr var. Könüllü koronavirusa qarşı peyvəndləmə 2020-ci ilin dekabrında başlanıb.