Britaniyada koronavirusa yoluxanların sayı artıb

28 Sentyabr 2021 03:32 (UTC+04:00)

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 37 960 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 701 715 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 48 nəfər, hazırkı dövrədək isə 136 208 nəfər vəfat edib.