Kanadada fəhlələr mədəndə köməksiz vəziyyətdə qalıb

28 Sentyabr 2021 00:50 (UTC+04:00)

Kanadada qaldırıcı liftdə qəza səbəbindən ən azı 39 nəfər mədəndən köməksiz vəziyyətdə qalıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə sentyabrın 26-sı günorta Ontario vilayətinin Sadberi şəhəri yaxınlığında yerləşən mədəndə baş verib.

Hazırda xilasedicilər qəza yerinə cəlb ediliblər. Madencilərə dərman, su və yemək çatdırılıb. İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.