Ailə quran eynicinslilər övladlığa... uşaq da veriləcək

28 Sentyabr 2021 00:47 (UTC+04:00)

İsveçrədə eynicinslilərin evlənməsinə qanunla icazə verilib.

SİA xarici KİV-ə istinadən bildirir ki, ölkədə keçirilən referendum nəticəsində seçicilərin 64 faizi eynicinslilərin evliliyinə razılıq verib.

5,5 milyon seçicidən təxminən 3 milyonu referendumda iştirak edib. Onlardan 36 faizi eynicinslilərin evliliyinin əleyhinə səs verib.

Bundan əlavə, ailə quran eynicinslilər övladlığa da uşaq götürə biləcək.