“Kabil hava limanın beynəlxalq uçuşlara hazırdır”

27 Sentyabr 2021 22:43 (UTC+04:00)

Əfqanıstanda nəzarət ələ keçirən Taliban paytaxt Kabildə Beynəlxalq Həmid Kərzai Hava Limanındakı texniki problemlərin aradan qaldırıldığını və beynəlxalq uçuşların bərpa oluna biləcəyini açıqlayıb.

Əfqanıstanda müvəqqəti Taliban hökumətinin "Xarici İşlər Nazirliyi sözçüsü" Əbdul Kahar Balkhi yaydığı açıqlamada Beynəlxalq Həmid Kərzai Hava Limanından reallaşacaq uçuşlar çərçivəsində bütün hava yolları şirkətləri ilə əməkdaşlıq edəcəklərini söyləyib.

Balkhi Kabil hava limanında texniki problemlərin həll edildiyini vurğulayıb və daha əvvəl uçuşlar həyata keçirən bütün hava yolları şirkətlərinin və ölkələrinin Əfqanıstana uçuşları bərpa etmələrini gözlədiyini qeyd edib.

Balkhi Əfqanıstandakı siyasi dəyişikliklərin aviasiya sektorunda bəzi pozuntulara səbəb olduğunu, bunun da hava nəqliyyatının müvəqqəti olaraq dayandırdığını ifadə edərək, daxili uçuşların da başlaya biləcəyinə diqqət çəkib.