Avropada təbii qazın qiyməti 930 dollara çatıb

27 Sentyabr 2021 22:33 (UTC+04:00)

Avropa birjalarında təbii qazın qiymətləri son sutka ərzində 9 faiz artıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Niderlandın TTF habında qazın min kubmetri 930 dollara çatıb.

Son məlumatlara əsasən, təbii qaz birjalarda bir qədər ucuzlaşaraq 890 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, bir müddət əvvəl Avropa birjalarında qazın qiyməti 970 dollaradək bahalaşmış, daha sonra qiymətlər 764 dollaradək azalmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar təşkil edirdi.