Atakule qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb

27 Sentyabr 2021 22:16 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr – Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

Işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Həmçinin Atakule üzərində “Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi də əks etdirilib.