"Terror təşkilatlarına silah dəstəyi verilməməlidir"

27 Sentyabr 2021 19:56 (UTC+04:00)

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Amerikanın “CBS” telekanalında yayımlanan “Face the Nation” proqramının aparıcısı Marqaret Brennana müsahibəsində səsləndirib.

ABŞ -ın terror təşkilatlarına verdiyi dəstəyə reaksiya verən Ərdoğan "Hər şeydən əvvəl bu cür silah dəstəyi PKK/YPG/PYD terror təşkilatlarına verilməməlidir"deyib.
ABŞ -ın DEAŞ-a qarşı mübarizədə müttəfiq gördüyü qruplara verdiyi silahların Türkiyəyə qarşı istifadə edildiyinə dair hər hansı bir sübut varmı? ABŞ -ın dəstəyi səbəbindən bu qruplardan sizə hər hansı bir təhlükə varmı?" sualına Prezident Ərdoğan belə cavab verib:

"Bunu cənab (ABŞ-ın keçmiş prezidenti Donald) Trampın dövründə Trampın özünə də bildirmişəm. Hal-hazırda da yenə eyni şəkildə yük maşınları ilə silah-sursat və s. bölgəyə (Suriya, İraq) gəlir. Bunların hamısını dilə gətirdik. Bunları kəşfiyyat təşkilatımız vasitəsi ilə ifadə etdik və ifadə edirik. Bundan sonrakı prosesdə təbii ki eyni şəkildə ifadə edəcəyik".

Prezident Ərdoğan: "Bunları ABŞ Prezidenti Co Baydenə söylədinizmi?" sualına isə, “Bütün bunları həmsöhbətlərimizə təqdim etdik. Kəşfiyyat Təşkilatımızın rəhbəri onları eyni şəkildə həmsöhbətinə təqdim etdi. Bundan sonra onları təqdim etməkdən çəkinməyəcəyik. Çünki bəzi faktlar var. ABŞ NATO ölkəsidir. Biz də NATO ölkəsiyik. NATO-da həmrəy olmamağımız vacib ikən, terror təşkilatları buralardan belə dəstək almamalıdır. Bunu da deməliyik" deyə ifadə edib.