484 milyon dollarlıq tədbir

27 Sentyabr 2021 16:02 (UTC+04:00)

Hollivud ulduzları Los-Ancelesdəki Film Akademiyası və Elmləri Muzeyinin açılışına axın edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 484 milyon dollara başa gələn muzey ianələr hesabına qurulub.

Kino tarixinin ən unudulmaz anlarını və xatirələrini yaşadacaq muzeyin premyerasında dünyaca məşhurlardan Ladi Qaga, Nikole Kidman, yeni nəsil müğənni və aktrisa Olivia Rodriqo kimi aktyorlar iştirak ediblər.

Ayşən Vəli