Britaniyada benzin problemi

27 Sentyabr 2021 14:45 (UTC+04:00)

İngiltərədə yanacaq tankerlərindən istifadə edəcək sürücülərin olmaması nəticəsində başlayan təchizat böhranı davam edir. SİA xarici mətbuat istinadən xəbər verir ki, Britaniyanın neft emalı zavodlarından yanacaqdoldurma məntəqələrinə yanacaq nəql edə bilməməsi səbəbindən gündəlik həyatın dayandığı ölkədə böyük bir çaxnaşma var. İngiltərənin nəqliyyat naziri Qrant Şapps sürücülərin benzini yalnız "lazım gələrkən" almalı olduqlarını açıqlayıb və problemlərin çaxnaşma alışından qaynaqlandığını izah edib. Yanacağın yığılması ilə vəziyyətin həll olunacağını söyləyərək sakitliyə çağırıb.