Bakıda səkkiz mağaza yanıb

27 Sentyabr 2021 09:28 (UTC+04:00)

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 kv.m olan bir dam altında tikilən müxtəlif təyinatlı 8 ədəd mağazanın dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.