Hindistanda koronavirusdan ölənlərin sayı 447 mini ötüb

27 Sentyabr 2021 05:41 (UTC+04:00)

Hindistanda son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 343 yoluxma halı qeydə alınıb.

Bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistanda koronavirusa yoluxanların ümumi sayı 33 678 243 nəfərə çatıb.

Son sutka ərzində 277 nəfər vəfat edib və indiyədək xəstəlikdən ölənlərin sayı 447 225 nəfərə çatıb.