Britaniyada 32 mindən çox koronavirusa yoluxma olub

27 Sentyabr 2021 03:12 (UTC+04:00)

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 417 yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 664 230 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 58 nəfər, hazırkı dövrədək isə 136 168 nəfər vəfat edib.