Gürcüstanda dövlət bayraqları endirilib

27 Sentyabr 2021 02:53 (UTC+04:00)

Bu gün Suxumi şəhərinin süqutunun 28-ci ildönümü tamam olur.

Verilən məlumata görə, Abxaziya müharibəsində həlak olanlarının xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanda bütün inzibati binalarda dövlət bayraqları endirilib.

Qeyd edək ki, Abxaziyada hərbi qarşıdurma 1993-ci il avqustun 14-də başlayıb. 13 ay 13 gün davam edən münaqişədə 12 mindən çox insan həlak olub, 300 min nəfər, əsasən də etnik gürcülər qaçqın və məcburi köçkünə çevrilib.