Erməni heyvan saxlayanlar heyvanları qanuniləşdirəcək

27 Sentyabr 2021 01:28 (UTC+04:00)

Vəhşi heyvanları saxlayan Ermənistan sakinləri onları qanuniləşdirməli olacaq. Qeyd edək ki, bunu ermənilərin ətraf mühit naziri Romanos Petrosyan hökumətin başladığı düzəlişlər paketini şərh edərkən deyib.

“Qanun layihələri qəbul edilərsə, bütün bu vətəndaşlar Qırmızı Kitaba düşənlər də daxil olmaqla saxladıqları vəhşi heyvanları qorumaq üçün müəyyən öhdəliklər götürməli olacaqlar. Əks təqdirdə onların heyvanları əllərundən alınacaq” –deyə Petrosyan bildirib.

Onu da deyək ki, vəhşi heyvan sahiblərinin qeydiyyatdan keçmək və rəsmi icazə almaq üçün bir il vaxtları olacaq.

Qanunu pozanlara isə, ilk dəfə xəbərdarlıq və ya 100 min dram cərimə ediləcəklər. Deyim ki, əgər erməninin saxğladığı heyvan Qırmızı Kitaba düşənlərdəndirsə, bu halda cərimənin miqdarı da böyük olacaq.

…Məlumat gizlətməkdə təqsirli bilinən məmurlar isə 170-250 min dram cərimələnəcək

Ağasəf