"Fənərbaxça" və "Qalatasaray"dan qələbə

27 Sentyabr 2021 01:22 (UTC+04:00)

Türkiyə Superliqasında 7-ci turun oyunları davam edir.

Beləliklə, bazar günü daha dörd matç keçirilib.

“Qalatasaray” evdə “Göztepe"yə, "Fənərbaxça" səfərdə "Hataspor"a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 16 xalla "Fənərbaxça" başçılıq edir. "Altay" 15 xalla 2-ci, "Beşiktaş" 14 xalla 3-cüdür.

26 sentyabr

"Giresunspor" – "Kayserispor" - 1:1
Qollar:
Diabate, 21 – Attamah, 17

"Başakşehir" – "Rizespor" - 3:0
Qollar:
Okaka, 25, 55, 75,

"Hatayspor" – "Fənərbaxça" - 1:2
Qollar
: Luis, 70 – Rossi, 17, Novak, 29

"Qalatasaray" – "Göztepe" - 2:1
Qollar
: Dervişoğlu, 49, Morutan, 56 – Ndiaye, 43