Dağıstanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

27 Sentyabr 2021 00:53 (UTC+04:00)

Dağıstanın Dərbənd rayonunda yük maşını və iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Bu barədə "İnterfaks" məlumatlı mənbə bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində 4 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

Mənbə bildirib ki, hazırda qəza yerində polis əməkdaşları işləyir. Qəzanın səbəbi araşdırılır.