Culian Assanjın öldürülməsi müzakirə edilib

27 Sentyabr 2021 00:28 (UTC+04:00)

ABŞ administrasiyasının bir sıra rəsmiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yüksək vəzifəli şəxsləri 2017-ci ildə “WikiLeaks”in qurucusu Culian Assanjın oğurlanması və hətta öldürülməsi ehtimalını müzakirə ediblər.

Mərkəzi Kəşfiyyat İdarəsinin Assanjı qaçırmaq planı, belə bir əməliyyatın qanuniliyi və praktikliyi ABŞ-ın o zamankı prezidenti Donald Trampın administrasiyasında qızğın müzakirələrə səbəb olub.

Qeyd olunub ki, Assanjın oğurlanması və ya qətlə yetirilməsi bağlı müzakirələr idarədə ən yüksək səviyyədə aparılıb.