Karantin qaydalarını pozan çay evi aşkarlandı

26 Sentyabr 2021 13:30 (UTC+04:00)

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Ramazan Cəlilova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə bir neçə nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.