46 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

26 Sentyabr 2021 12:07 (UTC+04:00)

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 40 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 6 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.

Sutka ərzində doqquz nəfər xilas edilib. Həmçinin paytaxtın Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Volkova Raya Vasilyevnanın meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də güclü yağışlar nəticəsində Balakən rayonunun Kortala kəndində həyətyanı sahələrə dolmuş su nazirliyin müvafiq qüvvələri tərəfindən kənarlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.