Sumqayıtda dönərxana yanıb

26 Sentyabr 2021 11:04 (UTC+04:00)

Sumqayıt şəhərində, avtomobil bazarının ərazisində ümumi sahəsi 30 m² olan köşkün (dönərxana, su satışı və s) yanar konstruksiyaları və içərisində 4 ədəd soyuducu yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı köşkün içərisində olan 6 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.