Atlantikada "Sem" qasırğası 4-cü kateqoriyaya yüksəlib

26 Sentyabr 2021 06:12 (UTC+04:00)

Atlantik okeanındakı "Sem" qasırğası Saffir-Simpson şkalasına görə mümkün olan beşdən dördüncü kateqoriyaya yüksəlib.

TASS xəbər verir ki, bu barədə ABŞ Milli qasırğalara müşahidə mərkəzi məlumat yayıb.

Məlumatlara əsasən, təbii fəlakət daxilində maksimal külək sürəti 61 m/s-dən çoxdur. "Sem" Karib dənizindəki Livard adalarından təxminən 1 655 km cənub-şərqdə tuğyan və təxminən 17 km/saat sürətlə şimal-qərbə doğru hərəkət edir. Meteoroloqların bildirdiyinə görə, qasırğanın gün ərzində şiddətlənəcəyi gözlənilir.

Qasırğa mövsümü ümumiyyətlə iyunun əvvəlindən noyabrın sonuna qədər Atlantikada altı ay davam edir. Atmosfer fenomeni içərisində küləyin sürəti təxminən 17.5 m/s-ə çatdıqda tropik fırtına, küləyin sürəti 33 m/s və daha çox olduqda isə qasırğa kimi təsnif edilir.