BMT baş katibi Antoniu Quterreş və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədində yaranan vəziyyəti müzakirə ediblər.

Bu barədə Quterreşin ofisi tərəfindən yayılmış xəbərdə deyilir.

“Baş katib və xarici işlər naziri Ermənistan və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, regional əməkdaşlığı və davamlı sülhün təşviqi səylərini müzakirə ediblər” – xəbərdə qeyd edilir.

Baş katib davam edən dialoqa və sülhməramlı səylərə, eləcə də BMT-nin bölgədəki təşkilatlarının işinə dəstəyini vurğulayıb.