Qazimiz 10 ay sonra yaralandığı yerdə əşyalarını tapdı – Video

25 Sentyabr 2021 23:58 (UTC+04:00)

Vətən Müharibəsi qazisi Niyaməddin Hüseynov 10 ay sonra yaralandığı ərazidə ona məxsus əşyaları tapıb.

Bununla bağlı yayılmış görüntülərdə qazimiz duyğularını dilə gətirib.

“Artıq mənə ağırlıq etdi, çıxardım, bura atdım. Bunun içində qərargah rəisinin mənə verdiyi yağmurluğum və şanlı bayrağım var. İki bayrağım vardı, biri cibimdə, biri çantamda…”

Qazimizin həmin görüntülərini təqdim edirik: