Trampdan namizədlik açıqlaması

25 Sentyabr 2021 18:59 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, 2024-cü ildə keçiriləcək seçkilərdə namizəd olmaqda qərarlı olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tramp, prezidentliyə namizədliyini irəli sürməsini dayandıra biləcək yeganə şeyin həkimindən alacağı pis xəbərin olacağını söyləyib.