Qadın paltarı geymiş əlibaltalı “kişi”nin... qadına hücumu

25 Sentyabr 2021 17:47 (UTC+04:00)

Rus saytları, internetdə Moskvanın şimalındakı “Maqnit” mağazasında əli baltalı bir rus kişisinin müştərilərə, dəqiq desək bir rus qadınına hücum etdiyini əks etdirən “maraqlı” bir video paylaşıb. Kadrlardan görünür ki, dava mağazanın girişində ərzaq arabası üstündə yaranıb. Təbii ki, bu ehtimaldır.

...Belə ki, qadın paltarı geymiş bir “rus kişisi” marketin girişində qoyulmuş boş arabalardan birini götürmək istəyən zaman, həmin arabaya “müştəri” çıxan qadın paltarlı bir rus qadını ilə insident yaşayıb.

Öz “hislərinə hakim olmayan” qadın paltarı geymiş rus kişisi yanında gəzdirdiyi soyuq silaha - ət baltasına əl ataraq qadına hücum edib.

Qeyd edək ki, Moskvanın Karqopolskaya küçəsində baş verən insidentdən sonra balta xəsarəti alan 48 yaşlı qadın və ona qahmar çıxmaq istəyən 28 yaşlı kişi xəstəxanaya yerləşdiriliblər.

P.S: ...sizi bilmirəm, amma mən “Maqnit” marketində baş verən bu insidentin bir müddət bundan əvvəl həmən marketdən qarpız alıb yeyən və sonradan zəhərlənib ölən 61 yaşlı nənə və onun 15 yaşlı nəvəsi ilə əlaqəli olduğunu düşünürəm. Niyə... çünki mən qadın paltarı geyinmiş bir “rus kişisinin” hələ bir araba da götürüb marketə böyük bir bazarlıq üçün girməsinə inanmaq istəmirəm. Bundan başqa...o boyda “kişi” bu boyda marketə niyə qadın paltarında gəlməlidir? Necə sualdır?

Ağasəf