Ermənistanın əksər sənaye sektorlarında tənəzzül qeydə alınıb

25 Sentyabr 2021 15:59 (UTC+04:00)

Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən bəri ölkədəki iqtisadi aktivlik indeksi 5,2 faiz təşkil edib. Belə ki, ölkədə az da olsa artım var və bu artım sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələrində qeydə alınıb.

Amma o da qeyd edilməlidir ki, müsbət tendensiyanın olmasına baxmayaraq, iqtisadi artım Ermənistan hökumətinin proqnozlaşdırdığı göstəricidən xeyli aşağıdır.

Belə ki, bu ilin ilk 7 ayı ərzində mədən sənayesinə əlavə olaraq, bir çox sənaye sektorunda da geriləmə qeydə alınıb.

Ağasəf