Rusiya və Türkiyənin yük gəmiləri toqquşub BOSFOR BOĞAZINDA

25 Sentyabr 2021 12:41 (UTC+04:00)

Bosfor boğazında Rusiya və Türkiyənin yük gəmiləri toqquşub. SİA xəbər verir ki, bu barədə Türkiyənin sahil təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, kömək üçün hadisə yerinə xilasetmə gəmiləri göndərilib.

"Rusiya və Türkiyənin yük gəmilərinin, “Rusiç 10” və “Tahsin İmamoğlu” gəmilərinin Bosfor boğazında toqquşmasından sonra kömək üçün hadisə yerinə xilasetmə gəmiləri göndərilib. Hər iki yük gəmisi limana gətirilib", deyə Türkiyənin sahil təhlükəsizlik xidməti bildirir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunur.