Güclü zəlzələ baş verib 5,8 BAL GÜCÜNDƏ

25 Sentyabr 2021 10:40 (UTC+04:00)

Afrika sahillərinin cənubunda 5,8 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 5:21 radələrində qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Mümkün itkilər və dağıntılar, həmçinin sunami təhlükəsi barədə məlumat verilməyib.