Soçi sağlam həyat tərzi üçün ən yaxşı şəhər kimi tanınır

25 Sentyabr 2021 08:14 (UTC+04:00)

Bu gün rusların 46 faizi yaşayıb sağlamlıqlarını yaxşılaşdırmaq üçün Soçini seçə biləcəklərini bildirirlər. Deyim ki, SİA bu barədə rusların “İzvestiya” nəşrinə istinad edir. Belə ki, rəyi soruşulan rus respondentlərin 24 faizi yaşamaq üçün Soçidən sonra Moskvanı, 22 faizi isə Krasnodarı seçib.

Bundan əlavə, həmçinin, sağlamlıqlarını yaxşılaşdırmaq istəyən rusların 18 faizi Sankt -Peterburqa , 16 faizi isə Kalininqrada köçməyə hazır olduqlarını bildiriblər.

Ruslara görə seçilmiş şəhərlər yaxşı hava və ekologiyası ilə seçilir və həm də işlə şəxsi həyat arasında balans qurmaq imkanı yaradır.

Ağasəf