Modi Baydeni Hindistana dəvət edib

25 Sentyabr 2021 07:49 (UTC+04:00)

Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Cozef Baydeni ölkəsinə səfər etməyə çağırıb.

SİA-in məlumatına görə, bunu iki ölkə liderinin görüşündən sonra Hindistanın xarici işlər nazirinin birinci müavini Harş Vardhan Şrinqla deyib.

O bildirib: "Baş nazir Narendra Modi prezident Cozef Baydeni Hindistana dəvət edib. Prezident C.Bayden minnətdarlıq cavab verib. Biz yaxın gələcəkdə ABŞ prezidentinin səfərini səbirsizliklə gözləyirik".