Asiya İnkişaf Bankı Gürcüstana 15 milyon dollar kredit ayırıb

25 Sentyabr 2021 05:37 (UTC+04:00)

Asiya İnkişaf Bankı (ADB) Gürcüstan hökumətinə 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, həmin vəsait Gürcüstanda COVID-19 infeksiyası əleyhinə peyvəndlərin alınmasına və ölkədə vaksinasiya proqramının imkanlarının gücləndirilməsinə yönəldiləcək.

ADB-nin ayırdığı vəsait Gürcüstan əhalisinin 8 faizinin və ya 300 mindən çox vətəndaşın peyvəndlənməsinə imkan verəcək.