"Türkiyə ilə sıx əməkdaşlıq və koordinasiya vacibdir"

25 Sentyabr 2021 02:31 (UTC+04:00)

"Türkiyə ilə sıx əməkdaşlıq və koordinasiya əlaqələrin əsasını təşkil edir".

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borell Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyası iclaslarında ABŞ-ın Nyu-York şəhərində olan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra "Twitter" etdiyi paylaşımda bildirib.

"Çavuşoğlunu BMT Baş Assambleyası zamanı görmək xoşdur" deyən Borrell Aİ-Türkiyə əlaqələrilə yanaşı, Kıbrıs (Kipr) məsələsini, Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyəti, müzakirə etdiklərini dilə gətirib.

C. Borrell "Türkiyə ilə sıx əməkdaşlıq və koordinasiya vacibdir" deyib.

Çavuşoğlu da görüşdən sonra "Beynəlxalq və regional sabitlik üçün Aİ-nin Türkiyə ilə əməkdaşlıq etməsi vacibdir" paylaşımını etmişdi.