Argentinada təyyarə qəzaya uğrayıb... ölənlər var

25 Sentyabr 2021 02:10 (UTC+04:00)

Argentinanın Buenos-Ayres əyalətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Ölkənin "Todo Noticias" telekanalının verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 2 nəfər həlak olub.

İlkin məlumata əsasən, təyyarə aeroklubun ərazisindən havaya qalxarkən Berasategi dairəsindəki avtomobil yolunun yaxınlığına düşüb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.