NATO Kosovoda gərginliyin azaldılmasına çağırıb

25 Sentyabr 2021 01:57 (UTC+04:00)

NATO Kosovoda gərginliyin dərhal azaldılmasına dair çağırış edib və Belqradla Priştinanı təmkinli olmağa və dialoqa çağırıb.

SIA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu alyansın rəsmi nümayəndəsi Oana Lungesku bildirib.

“NATO Kosovonun şimalında dərhal gərginliyi azaltmağa çağırır. Biz Belqrad və Priştinanı təmkinli olmağa, birtərəfli hərəkətlərdən çəkinməyə və dialoqa qayıtmağa çağırırıq”, - deyə Lungesku “Twitter” səhifəsində yazıb.

O, həmçinin qeyd edib ki, KFOR beynəlxalq qüvvələri bölgədə təhlükəsizlik və sabitliyi təmin etməkdə davam edəcək.