Qarabağdakı rus sülhməramlıların komandanı dəyişir

25 Sentyabr 2021 01:23 (UTC+04:00)

Qarabağdakı rusiyalı sülhməramlıların komandanı yenidən dəyişir.

...Qeyd edək ki, SİA bu barədə “Sputnik Ermənistan”a istinad edir. Beləliklə, bildirilir ki, Mixail Kosobokovun yerinə Gennadi Vladimiroviç Anaşkin gətirilir. General-leytenant Anaşkinin rəsmi təyinatı sabah elan ediləcək.

Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. Ayrı-ayrı vaxtlarda Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandiri Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.

Qarabağdakı rus sülhməramlıların komandanı o təyin olundu