Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

24 Sentyabr 2021 23:56 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla görüşüb.

Bu barədə Hikmət Hacıyev özünün tvitter hesabında bildirib.

“Müzakirələrimizi İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla davam etdirmək çox xoş idi. Ölkələrimiz arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, – deyə H.Hacıyev qeyd edib.