50 min insan aksiyaya qatılıb

24 Sentyabr 2021 19:57 (UTC+04:00)

Berlin hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, Berlində cümə günü keçirilən ekoloji aksiyada 50 min insan iştirak edib. SİA xəbər verir ki, bu barədə polisin mətbuat xidmətinin nümayəndəsi RİA Novosti-yə məlumat verib.

"Təxminlərimizə görə, aksiyada 50 minə yaxın insan iştirak edib", deyə polisin mətbuat xidmətindən bildirilib.
Bununla yanaşı, mitinqin təşkilatçıları saylarının iki dəfə çox, yəni 100 min adam olduğunu bəyan edirlər.

Xatırladaq ki, bir qədər əvvəl xəbər verilmişdi ki, cümə günü isveçli fəal Qreta Tunberq Almaniyadakı parlament seçkilərindən iki gün əvvəl iqlimi müdafiə edən nümayişdə iştirak etmək üçün Berlinə gəlib. Baş tutan aksiya, ən azından 2020-ci ilin avqustundan bəri Berlində, koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin 40 min əleyhdarının toplaşdığı aksiyadan da daha böyük tədbir olub.