27 sentyabr - Anım Günü ilə əlaqədar Ankarada da tədbirlər keçiriləcək

24 Sentyabr 2021 17:33 (UTC+04:00)

Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiramın əlaməti olaraq 27 sentyabr - Anım Günündə Ankarada da tədbirlər keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən birgə təşkil olunacaq mərasim sentyabrın 26-da Ankarada fəaliyyət göstərən Azərbaycan Evində keçiriləcək.

Mərasimdə 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi ehtiramla yad ediləcək, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan şanlı Zəfər barədə iştirakçılara ətraflı məlumat veriləcək.