Ötən gün 5 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb - DİN

24 Sentyabr 2021 13:25 (UTC+04:00)

Sentyabr 23-də daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində beş nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.