"Yay heç vaxt bitmir"

24 Sentyabr 2021 12:09 (UTC+04:00)

Bütün yayı çimərliklərdə və çimərlik klublarında keçirən məşhur sima Berrak Tuzunataş İstanbula qayıtsa da ağlı hələ də tətildədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa dünən Ege sahilində, xüsusilə də Çeşmədə yaşadığı xoş anların görüntülərini "İnstaqram"da paylaşıb.

Sonra bu şəkillərin altına "Yay bitməz" yazıb. Fotoşəkillərdəki dostlarından biri Bennu Geredenin oğlu Miro Gerede Erkaya idi.

Ayşən Vəli