Avqustda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

24 Sentyabr 2021 11:10 (UTC+04:00)

2021-ci ilin avqust ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 124,7 min nəfərdən çox olub.

Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, onlardan 97,4 min nəfərdən çoxu yaşa görə, 14,1 min nəfərdən çoxu əlilliyə görə, 13,1 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.