Azərbaycanda institutlardan birinin adı dəyişdirilib

24 Sentyabr 2021 10:42 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun adı dəyişdirilib.

SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, institut bundan sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu adlandırılacaq.