Ölkənin 70 faizi fasiləsiz içməli su ilə təmin edilib

24 Sentyabr 2021 09:00 (UTC+04:00)

Hazırda Azərbaycanın 70 faizi fasiləsiz içməli su ilə təmin edilib.

Bunu açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, hazırda digər ərazilərin içməli su ilə fasiləsiz təminatı ilə bağlı tədbirlər görülür: "Bakı şəhərinin isə artıq 86 faizi fasiləsiz içməli su ilə təmin edilib".